Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
01.03.2017 809 0.0 0

Azərbaycan Milli Məclisinin martın 7-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib.

Parlamentdən verilən məlumata görə, iclasın gündəliyinə 13 məsələ daxildir.

Gündəlikdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik hesabatı, Milli Məclisin komitə üzvünün təyin edilməsi, Mərkəzi Bank idarə heyətinə yeni üzvlərin təyin edilməsi ilə bağlı sənədlər, “Telekommunikasiya haqqında”, "Lisenziya və icazələr haqqında”, “Sərhəd Qoşunları haqqında” qanunlara dəyişikliklər, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” yeni qanun layihəsi və digər məsələlər var./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar