Milli Məclisdə bələdiyyələrlə bağlı işçi qrup yaradıldı
09.02.2016 495 0.0 0

Milli Məclisdə bələdiyyələrlə bağlı işçi qrup yaradılıb.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinə dair illik hesabatın müzakirəsi zamanı qərar verilib.

İşçi qrupun məqsədi hazırda bələdiyyələrin qarşılaşdıqları problemlərin qanunvericilik səviyyəsində aradan qaldırılmasıdır.

İşçi Qrupa Regional məsələlər komitəsinin üzvləri, Milli Məclis Aparatının şöbə müdiri Lətif Hüseynov, bir neçə bələdiyyə sədri daxil edilib.

İşçi Qrupun rəhbəri millət vəkili Rüstəm Xəlilov təyin edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar