Meymun körpəni qaçırıb öldürdü
03.04.2018 1075 0.0 0

Hindistanın  Orissa ştatında meymun körpəni oğurlayaraq, onu su quyusunda boğub.

Bildirək ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Ana əmin edir ki, evə daxil olmuş makaka-rezus miçətkənin içində yatan yeni doğulmuş körpəni əlinə alaraq qaçıb. Meymun çevik şəkildə evin damına dırmanaraq gözdən itib.

Uşağın valideynləri itkin düşmüş körpəni tapmağa çalışsalar da, axtarışlar nəticə verməyib. Növbəti gün kəndin sakinlərindən biri yeni doğulmuş körpənin meyitini su quyusunda aşkarlayıb. 

Meyitin müayinəsindən sonra onun suda boğulduğu təsdiqlənib. Qohumlar meymunun körpəni ehtiyatsızlıqdan əlindən düşürdüyünü hesab edir. 

Hadisənin səbəbkarı olan meymunu tapmaq hələ ki, mümkün olmayıb.

“Meymunlar tez-tez insanlara hücum edir, yem axtarışında evlərə daxil olur. Ancaq meymunun körpəni evdən qaçırması, qarşılaşdığımız ilk belə haldır” deyə yerli polis nümayəndəsi bildirib./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar