Messi və Ronaldu 2021-ci ilin rəmzi komandasına düşməyib
04.01.2022 418 0.0 0

Fransanın nüfuzlu "L Equipe" jurnalı 2021-ci ilin yekunları əsasında rəmzi yığmanı təqdim edib.

Məlumata görə, ilin komandasında Kriştianu Ronaldu ("Mançester Yunayted", Portuqaliya) və "Qızıl top"un hazırkı sahibi Lionel Messiyə (PSJ, Argentina) yer tapılmayıb.

Qapıçı: Eduar Mendi ("Çelsi", Seneqal)

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Ruben Diaş ("Mançester Yunayted", Portuqaliya), Markinyos (PSJ, Braziliya), Teo Ernandes ("Milan", Fransa)

Yarımmüdafiəçilər: N Qolo Kante ("Çelsi", Fransa), Jorjinyo ("Çelsi", İtaliya), Kevin De Bröyne ("Mançester Siti", Belçika), Məhəmməd Salah ("Liverpul", Misir)

Hücumçular: Kərim Benzema ("Real Madrid", Fransa), Robert Levandovski ("Bavariya", Polşa)

Qeyd edək ki, "Qızıl top" mükafatı uğrunda səsvermədə Lionel Messi "L Equipe" nəşrinin rəmzi komandasındakı bütün futbolçuları arxada qoyub./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar