Meşədə meyit tapılıb
28.03.2016 615 0.0 0

Zaqatala rayonu ərazisində meşə zolağında kişi meyiti tapılıb.

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, martın 27-si günorta saatlarında rayonun Dağlı kəndi yaxınlığında meşə zolağında sakinlər tərəfindən 40-45 yaşlı kişi meyiti aşkar edilib.
 
Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, meyiti tapılan şəxs Zaqatala rayonu Dağlı kənd sakini, 1970-ci il təvəllüdlü Rəhman Şahid oğlu Abdullayevdir.
 
Araşdırma zamanı məlum olub ki,  evli və iki övlad atası olan R. Abdullayev meşəyə göbələk yığmaq üçün gedib.
 
R. Abdullayevin ürək tutmasından öldüyü müəyyən edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar