Meksika yoldaşlıq oyununda İrlandiyanı məğlub edib - VİDEO
02.06.2017 800 0.0 0

Futbol üzrə Meksika yığması yoldaşlıq oyununda İrlandiyanı 3:1 hesabı ilə məğlub edib.

Məlumata görə, matçda hesabı 16-cı dəqiqədə Xesus Korona açıb.

Ardınca Raul Ximenes 25-ci dəqiqədə Meksikanın üstünlüyünü iki topa çatdırıb. Karlos Vela isə 54-cü dəqiqədə hesabı 3:0 edib. İrlandiyanın təsəlli qolunu 76-cı dəqiqədə Stiven Qlison vurub.

Meksika növbəti oyununu Dünya çempionatı-2018-in seçmə mərhələsi çərçivəsində Hondurasa qarşı keçirəcək. Meksikalılar iyunun 18-dən Konfederasiyalar Kubokunda mübarizəyə qoşulur. Komanda ilk olaraq Portuqaliya ilə qarşılaşacaq. Qrupda Rusiya və Yeni Zelandiyada var./Report/

 


Digər xəbərlər:
Şərhlər
avatar