Mehriban Əliyevanın ən özəl günü (FOTO)
26.08.2015 561 0.0 0

Hər bir insan üçün ad günü ilin digər günlərindən fərqlənir. Adətən bu gün ailə üzvləri və yaxınlar ilə keçirilir. Amma elə insanlar var ki, onların doğum gününə həmvətənliləri də qoşulur. Bu Vətəninə xidməti ilə xalqın böyük rəğbətini qazanan, onun sevgisinə və hörmətinə layiq olan insanlardır. Sözsüz ki, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva belə insanlardandır. Bu gün Mehriban xanımın ad günüdür.

Mehriban Əliyeva Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Onun atası Arif Paşayev yazıçı Mir Cəlal Paşayevin oğlu, Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva (1992-ci ildə vəfat edib-red.) görkəmli jurnalist Nasir İmanquliyevin qızı, məşhur filoloq və ərəbşunas olub. 

1982-ci ildı Mehriban Əliyeva Bakının 23 nömrəli məktəbini qızıl medalla bitirərək bir neçə ay sonra Azərbaycan Tibb Universitetinə daxil olur. Daha sonra ali təhsilini Moskvada İ.M.Seçenov adına tibb akademiyasında davam etdirən Mehriban xanım bu təhsil ocağını da fərqlənmə ilə bitirir.

1983-cü ildə isə Azərbaycan prezidenti İlham Əliyev və Mehriban Əliyeva ailə həyatı qurublar. Onların Leyla, Arzu və Heydər adlı üç övladları var.

 

Tanrı və valideynləri ona demək olar ki, hər şey veriblər: gözəllik, ağıl, şarm, mükəmməl zövq. Eyni zamanda Mehriban Əliyevanın əsas ləyaqəti onun mərhəməti, xeyirxahlığı, mehribanlığı və yüksək səviyyəli işgüzarılığından ibarətdir. Görünür elə bu keyfiyyətləri ona Birinci xanım, Heydər Əliyev adına Fondun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti, Milli Məclisin deputatı və eyni zamanda gözəl həyat yoldaşı, qayğıkeş ana və nənə olmağa yardım edir. 

 


Mehriban Əliyeva valideynləri və bacısı Nərgiz ilə

Bu zərif xanımın nə qədər işin öhdəsindən gəldiyi heyrətləndiricidir. Mehriban Əliyevanın mədəniyyət və humanitar sahələrdəki fəaliyyəti bütün dünyada tanınır. Məhz onun təşəbbüsü ilə bizim ölkə dünya mədəniyyətinin şah əsərlərinin bərpa edilməsi və qorunmasında aktiv rol oynamağa başlayır ki, bu da öz növbəsində Azərbaycanın beynəlxaq imicinə müsbət təsir göstərir.

Onun hər işi ideal gördüyünə əmin olmaq üçün 2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsinin təşkilat səviyyəsini yada salmaq kifayət edir. 

 

Mehriban Əliyeva

 

Bu gün Mehriban Əliyevanın fəaliyyətinin ən əhəmiyyətli nailiyyətlərindən biri Azərbaycanda Avropanın tarixində ilk dəfə keçirilən Avropa Oyunlarının keçirilməsidir. Birinci xanımın başçılıq etdiyi Bakı 2015-in təşkilat komitəsinin Azərbaycan xalqına bəxş etdiyi bayram udulmazdır.


 

İnsanı doğrudanda güclü edən kəramətdir. Mehriban xanımın kömək etdikləri kəslərin sayı-hesabı yoxdur. Onlar arasında mənzillə təmin edilən uşaq evlərinin yetirmələri, dəhşətli xəstəliklərdən can qurtaran insanlar var. Mehriban Əliyeva bütün çətin anlarda bütün azərbaycanlıların yanında olur. Ehtiyacı olanlara səs-küysüz və pafossuz kömək edən Mehriban xanım birinciliyini öz alicənablığı ilə də sübut edir. Yaxşılıq təvazökarlığı sevir... 

 


Prezident ailəsi

Azərbaycanın Birinci xanımı olan Mehriban Əliyeva ölkə həyatına nəyinki bir zərif qadının həm də müdrik siyasətçinin verə biləcəyi töhfələri bəxş edir. İllərdir Azərbaycanın Birinci xanımı adını layiqincə daşıyan Mehriban xanım üçün “birinci xanım” vəzifə deyil, həyat tərzidir. O həqiqətən birincidir və həqiqətən xanımdır – gözəl, müdrik, zərif, ali cənab xanım!/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar