Mehriban Əliyeva təltif olundu
12.02.2015 871 0.0 0

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistanın ali ordeni ilə təltif olunub

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pakistan İslam Respublikasının “Hilal-e Pakistan” ordeni ilə təltif olunub.  Pakistan prezidenti Məmnun Hüseyn 11 fevral 2015-ci il tarixdə bu barədə sərəncam imzalayıb.

 

Qeyd edək ki, “Hilal-e Pakistan” Pakistan İslam Respublikasının ali ordenidir.

 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Hilal-e Pakistan” ordeni ilə təltif olunan ilk birinci xanımdır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar