Mbappe `PSJ` - `Real Madrid` matçını buraxacaq
12.09.2019 515 0.0 0

Fransanın “PSJ” futbol klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının qrup mərhələsində “PSJ” (Fransa) - “Real Madrid” (İspaniya) matçını buraxacaq.

Qazeta.info “Report” -a istinadla xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 20 yaşlı futbolçu yüngül məşqlərə başlasa da yaşıl meydançaya buraxılmayacaq. Mbappe Fransa çempionatında “Strasburq”la, ÇL-da isə “Real Madrid”lə görüşə çıxa bilməyəcək.

Qeyd edək ki, “PSJ”-nin futbolçusu “Tuluza” ilə görüşdə zədələnmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar