Mayın 7-də Konstitusiya Məhkəməsi manat haqda qərar verəcək
03.05.2015 762 0.0 0

 

Konstitusiya Məhkəməsinə 2-ci açıq məktub.

Konstitusiya Məhkəməsinin iclasında "iddiaçı" manatımız, "cavabdehlər" banklar və iqtisadiyyatımızdır.

May ayının 7-də Konstitusiya Məhkəməsi Mülki Məcəllənin manatımız haqqındakı maddələrinin Konstitusiyamızdakı maddələrə uyğun olub-olmaması haqqında açıqlama(qərar) verəcək.

Konstitusiya Məhkəməsi müəyyən etməlidir ki, Mülki Məcəllənin pul öhdəliklərinin icrasına aid olan 439-cu maddəsinın 7 bəndindən hansı Konstitusiyamızın 19-cu maddəsinin bəndlərinə uyğundu, hansı bəndi isə uyğun deyil.

Konstitusiya Məhkəməsinin 7 may tarixli iclası manatımızın nüfuzunun yüksəldilməsi prosesinin başlanğıcı ola bilər.

Manatımızın digər valyutalara nisbətən nüfuzunun yüksəldilməsi milli iqtisadiyyatımızın yüksəldilməsi prosesinin başlanğıcı ola bilər.

Konstitusiyamıza uyğun olaraq manatımızın xeyrinə verilən açıqlama(qərar) sahibkarlarımızı, bütün biznes strukturlarını və iqtisadiyyatla bağlı olan bütün hökumət strukturlarını məcbur edəcək ki, manatımızın digər valyutalara nisbətən daha yüksək statusa malik olduğunu dərk etsinlər, şaxələndirilmiş milli iqtisadiyyatımızı yaratsınlar.

Banklarımız dərk edəcəklər ki, bank kreditləri haqqındakı müqavilələri kredit götürənlərə dollarla imzalatdırmaq, Konstitusiyamıza və Mülki Məcəlləmizin Konstitusiyamıza uyğun olmayan maddələri əsasında sırımaq olmaz.

Konstitusiyamızın 7 may tarıxli iclasında Konstitusiyamıza zidd bank müqavilələri əsasında kredit götürən milyonlarla Azərbaycan vətəndaşları "iddiaçı" qismində banklarımız və iqtisadiyyatımız isə "cavabdeh" qismində olacaqlar!

Konstitusiya Məhkəməsinin 7 may tarixli iclası həm də manatımızın Konstitusiyamızda göstərilən nüfuzunun və hüququnun bərpa olunması məhkəməsidir! Ona görə bu məhkəmədə həm də manat "iddiaçı", banklar və iqtisadiyyatımız isə "cavabdeh" olacaqlar

Konstitusiya Məhkəməsi 7 may tarixli iclasında manatımızın Konstitusiyamızda göstərilən nüfuzunu bərpa etməklə manatımızın sabitləşdirilməsi, iqtisadiyyatımızın inkişafı, banklarımızın itirilmiş nüfuzunun bərpa olunması yolunda mühüm addım ata bilər!

Udan dövlətimiz və millətimiz olacaq!

Professor Qüdrət İsaqov


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar