Maşın qatara girdi, ölü və yaralılar var
08.05.2015 823 0.0 0

Bu gün saat 20:00 radələrində Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Şəmkir rayonunun Sabirkənd kəndi ərazisindən keçən hissəsində qorunmayan keçiddə qatarla minik maşını toqquşub.
Xatırladaq ki, hadisə haqda məlumatı Kəpəz.tv yayıb.
Məlumata görə, hadisə avtomobilin yük qatarını gözləmədən keçidi keçməsi nəticəsində baş verib. Minik maşınında olan bir nəfər ölüb, iki nəfər yaralanıb.

Hələlik ölən və yaralananların şəxsiyyəti məlum deyil.

Qəza ilə əlaqədar yolda qatarların hərəkətinə məhdudiyyət qoyulub, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar