Marşrutda bədbəxt hadisə - Sərnişin yerə yıxıldı
21.09.2016 685 0.0 0

Bu gün səhər saatlarında 202 saylı marşrutda bədbəxt hadisə baş verib.

Qazeta.info bildirir ki, hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, avtobusda olan basabasa görə qapının ağzında dayanan gənc yıxılaraq zədə alıb. Dərhal hadisə yerinə iki təcili tibbi yardım maşını gəlib. Sərnişinlər avtobusdan boşaldılıb.

Qeyd edək ki, 202 saylı marşrut Biləcəri qəsəbəsindən Nərimanov metrosuna qədər hərəkət edir. Qəsəbə sakinləri hər gün səhər və axşam saatlarında avtobusun qapılarının açıq şəkildə getdiyini bildirir. Buna görə də, sakinlər marşrut xəttinin sayının artırılmasını tələb edirlər.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin “Qaynar Xətt”inə zəng etsələr də, onlara cavab verilmədiyini bildirirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar