Mançester terrorçusu partlayışa belə hazırlaşıb - REAL VİDEO
25.05.2017 845 0.0 0

Mançester terrorçusunun partlayış törətməyə hazırlaşdığı anın görüntüləri yayılıb. APA TV-nin məlumatına görə, həmin an təhlükəsizlik kameralarına düşüb.

"Sky News"un yaydığı kadrlarda Salman Abadi ticarət mərkəzlərindən birindən bel çantası alır.

Onun partlayıcını konsertin keçirildiyi arenaya məhz bu çantada keçirdiyi bildirilir.

Bundan başqa polis onun qaldığı evdə mini-emalatxana da aşkarlayıb. O, partlayıcı qurğunu burda hazırlayıb.

İstintaq onun tək olmadığından şübhələnir və digər terrorçularında da partlayıcılarla hərəkət etdiyini ehtimal edir.  

İndiyə qədər Mançester terroruna görə 7 nəfər saxlanılıb, onların arasında Abadinin atası və qardaşı da var.

Xatırladaq ki, Britaniyada terror təhlükəsinin ən yüksək həddə çatdığı rəsmən elan edilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar