Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb
19.02.2016 497 0.0 0

2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı uzadılıb. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu fevral20-si saat 12.00-dək başa çatacaq.
 
Qeyd edək ki, 10 fevraldan 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu başlayıb. Proses fevralın 19-u başa çatmalı idi. Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır.
Xatırladaq ki, qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək./apa/
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar