Macarıstanda əsəblər tarıma çəkilib
07.09.2015 583 0.0 0

Macarıstanda Serbiya ilə sərhədə yerləşən Röjke əyalətində əsəblər tarıma çəkilib.

Məlumata görə, ölkəyə daxil olan 100-ə yaxın miqrant açıq sahədə gözləməyə məcbur edilmələrinə etiraz edərək, onları əhatə edən polis dəstələri ilə toqquşub.Suriyalı qaçqınlara görə, onları müvəqqəti düşərgələrə aparacaq avtobuslar çox gec gəldiyindən onlar saatlarla gözləməkdənsə həmin əraziyə piyada getmək istəyib.

“Biz onlara çıxış yolu təklif etdik. Ailələr, qadınlar,uşaqlar, yaşlılar avtobusa minsinz, gənclər isə düşərgəyə piyada getsin, lap istəsələr polis müşayəti ilə. Ancaq onlar bizə qulaq asmaq istəmirlər”, etirazçı Əmir bildirib.

İnfeksion xəstəliklərə qarşı ehtiyat tədbirləri görən, maskalar və əlcəklər geyinən polis miqrantları yolun kənarına doğru sıxışdıraraq toplanma məntəqəsindən uzaqlaşmalarına imkan verməyib.

Artıq qaçqınların ilkin qeydiyyatının aparıldığı müvəqqəti düşərgə “ağzına kimi” dolduğundan, hökümət təxminən 2 kilometr aralıda ikinci düşərgəni tikmək məcburiyyətində qalıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar