Macarıstan baş nazirinin Azərbaycana səfəri başlayıb
05.03.2016 494 0.0 0

Bu gün Macarıstanın baş naziri Viktor Orban Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
 
Məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Macarıstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Macarıstan və Azərbaycanın dövlət himnləri səsləndirilib.
 
V. Orbanı Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar