Məzarlıqda selfi açıqlaması (FOTO)
29.08.2015 635 0.0 0

Aktyor - rejissor, aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkələrdə yayılmış selfisi birmənalı qarşılanmayıb. Məlumata görə, məzarlıqda selfi çəkdirməsilə qınaq obyektinə çevrilən məşhur sima açıqlama vermək məcburiyyətində qalıb.

Kərəmoğlunun elə sosial şəbəkələrdə yaydığı açıqlamasında KİV-lərə və onu tənqid edənlərə müraciət edib: 

"Çox dəyərli dostlarım! Hazırda Azərbaycanda olmadığım üçün mənimlə əlaqə saxlaya bilməyən KİV nümayəndələri! Bu şəkil "Gülüm" serialının çəkilişi zamanı lentə alınıb və fonda gördükləriniz aktyorlar, kütləvi səhnə adamlarıdır. Qəbir isə ekran işində səhnələrin birində rəhmətə gedən qəhrəmanın məzarıdır. O da yalançı məzardır: içində nə ölü, nə də diri əzabı var. Barmaqlarına güc verən sosial şəbəkə qəhrəmanlarına isə sözüm odur ki, mən sizin kimi dar düşüncəli deyiləm, qəbiristanlıqda selfi edəm. Bu şəkil filmdə olan çəkiliş zamanı lentə alınıb, birdən narahat olarsınız, olmayın!". 

Bir müddət əvvəl paylaşılan selfinin indi müzakirəyə qoyulmasının təsadüfi olmadığını düşünürük. Sərxan Kərəmoğlunun Nadir Qafarzadə ilə mətbuat tərəfindən şişirdilmiş qalmaqalı ərəfəsində məzarlıqda selfinin gündəmə gətirilməsində sözsüz ki, bədxahların əli var.../anspress/

 

Sərxan Kərəmoğlunun qalmaqala səbəb olan selfisi


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar