Məşhur telekanal ölkəni şoka saldı (FOTO-VİDEO)
14.10.2015 1354 0.0 0

Türkiyənin ən məşhur kanalı ölkəni şoka salıb 

Məlumata görə, doğma meydanında İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu qrupda keçirilən digər matçda Qazaxıstanın səfərdə Latviyanı 1:0 hesabı ilə məğlub etməsi türklərin ən yaxşı qrup üçüncüsü olmasına şərait yaradıb. Show TV kanalında matç canlı yayımlanırdı. Selçuk İnanın son dəqiqələrdə qələbə topu vurduqdan sonra böyük coşqu yaşanıb. Lakin kanal dərhal reklama keçib və 10 dəqiqə ərzində yayımlayıb. Futbolçuların böyük sevincini izlənilə bilməməsi ölkədə böyük narazılığa səbəb olub 

 

 


Kanalın vermədiyi sevinç anlar 

 

"AVRO-2016"ya birbaşa vəsiqə qazanacaq 19 komandadan 18-nin adı müəyyənləşib. Meydan sahibi Fransa ilə yanaşı, A qrupundan İslandiya və Çeхiya, B qrupunda Belçika və Uels, C qrupunda İspaniya və Slovakiya, D qrupundan Almaniya və Polşa, E qrupunda İngiltərə və İsveçrə, F qrupundan Şimali İrlandiya və Rumıniya, G qrupundan Avstriya və Rusiya, H qrupundan İtaliya, İ qrupundan Portuqaliya və Albaniyanın Avropa çempionatında iştirakı dəqiqləşib. Son vəsiqənin sahibi millimizin qrupundan olacaq.

 

Türkiyə yığması matç bitəndən sonra/anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar