Məşhur rejissorun başı məzarından oğurlanıb
15.07.2015 531 0.0 0


Yerli polis artıq axtarışlara başlayıb.

Səssiz kino dövrünün məşhur rejissoru Fridrix Vilhelm Murnaunun Berlin yaxınlığında ailəvi məzarlıqdan başı oğurlanıb.

 Der Spiegel-ə istinadən  verilən xəbərə görə, yerli polis artıq axtarışlara başlayıb.

Tagesspiegel qəzetinin məlumatına görə, rejissorun cəsədi dəfn edilməmişdən əvvəl mumiyalanmışdı.

İlkin məlumata əsasən, oğurluq əvvəlcədən planlaşdırılmışdır. Belə ki, oğrular Murnaunun yanında dəfn edilmiş qardaşlarının məzarlarına toxunmayıblar.

Qey edək ki, Fridrix Vilhelm Murnau 1931-ci ildə martın 11-də Nyu-Yorkda vəfat edib. Martın 31-də isə rejissorun cəsədi Almaniyaya gətirilib və burada torpağa tapşırılıb./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar