Məşhur modelyer həbs edilib
03.01.2017 816 0.0 0

Türkiyənin məşhur modelyeri Barbaros Şansal həbs edilib.

 

Anadolu Agentliyinə istinadən verilən məlumata görə, məşhur modelyer yeni il tətili üçün getdiyi Şimali Kipr Türk Cümhuriyyətində saxlanılıb və İstanbula göndərilib.

 

Məlumata görə, təyyarədə və Atatürk Hava limanında Türkiyə vətəndaşları ona hücum etməyə çalışıblar, lakin polis bunun qarşısını alıb.

 

Barbaros Şansal əvvəlcə xəstəxanada müayinədən keçirilib, oradan isə İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinə aparılıb.

 

O, sosial şəbəkədə Türkiyə əleyhinə görüntülərin yayımlanmasına görə ittiham edilir.

 

 

2005-ci ilin may ayında Lefkoşa aeroportunda  Barbaros Şansalın üzərində narkotik aşkarlanmışdı və buna görə onun barəsində bir aylıq həbs qərarı qəbul olunmuşdu. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar