
Türkiyənin tanınmış aktyoru, bir çox seriallarda əsas obrazlardan birini canlandıran Murad Ormıyak ailə həyatı qurmaq üçün özəl telekanallardan birində yayımlanan izdivac proqramının qonağı olub.
Məlumata görə, Esra Erolun aparıcılıq etdiyi proqrama canlı efirdə qonaq olan Ormıyak öz qismətini axtarmağa başlayıb.
Proqramda Kamalın (İnci) da iştirak etdiyini görərək ürəkləndiyini bildirən 68 yaşlı aktyor sonuncu dəfə 1988-ci ildə ailəsindən boşandığını və bir daha da ailə qurmadığını deyib.
Qeyd edək ki, həmin proqramda Türkiyənin tanınmış film aktyoru Kamal İnci də iştirak edib.
Murad Ormıyak uzun illər məşhur “Arka Sokaklar” serialında Rza baba obrazını canlandıran Zəfər Erginin tərəf müqabili olub və Vedat müdür obrazını canlandırıb. /anspress/