Məscidin gənc imamı öldürüldü (FOTO)
09.09.2015 735 0.0 0

Bu gün Dağıstanda kənd məscidinin imamı güllələnərək öldürülüb. 

Məlumata görə, hadisə haqqında məlumatı Dağıstanın hüquq-mühafizə orqanları yayıb.

Bildirilib ki, Dağıstanın Hasavyurt rayonunun Kuruş kəndində naməlum şəxslər məscidin imamını namazdan evinə qayıdarkən güllələyiblər. İmamın 34 yaşlı Məhəmməd Xıdırov olduğu qeyd edilib.

Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində hadisənin baş verməsini təsdiqləyiblər. Cinayətin nə səbəbdən və kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Hazırda baş verən hadisə ilə bağlı araşdırma aparılır./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar