Məşəlin Bakıdakı marşurutu açıqlandı
02.06.2015 955 0.0 0

Avropa Oyunlarının məşəlinin Bakıdakı marşurutu açıqlanıb. Məlumata görə, 12 iyun tarixində keçiriləcək açılış mərasimindən öncə məşəl 7-10 iyun tarixlərində Bakı şəhərində nümayiş olunacaq. 7 iyun tarixində Ağ Şəhər Bulvarına, Neftçilər Prospektinə və Bayraq meydanına səfər etməzdən əvvəl qayıqla möhtəşəm üslubda Bakıya gətiriləcək və nəhayət Bakıda qalacağı bir həftəlik müddətdə Qız Qalasına aparılacaq. 

Məşəl 8 iyun tarixində Avropa Oyunlarının keçiriləcəyi 9 məkandan keçəcək. Həmin məkanlara daxildir: 

Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdman Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq bəhrəmov adına Stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Veloparkı.

Bakı 2015 məşəli 9 iyuun taxirində bir çox tarixi önəmli binalara aparılaraq UNESCO-nun Dünya Mədəni İrs siyahısına daxil edilən İçərişəhərə səyahət edəcək. Buraya Şirvanşahlar Sarayı da daxildir. 

Məşəlin növbəti səfəri 10 iyun tarixində Nüzami küçəsinə, Fəvvarələr Meydanına, Qış Parkı, Filarmoniya Parkı və nəhayət Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka olacaq. 

11 iyunda alov Qız Qalasından götürüləcək və 12 iyunda açılış mərasiminin keçiriləcəyi Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Satko limanına aparılacaq./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar