Mərkəzi Bankdan kredit açıqlaması
10.04.2015 656 0.0 0

"Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir".

Bu barədə Mərkəzi Bankın Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentindən  verilən məlumatda bildirilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı bildirir ki, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib.

Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.

Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar