Mərkəzi Bankdan dollar qıtlığı haqda yayılan xəbərlərə reaksiya-RƏSMİ
22.08.2015 531 0.0 0

 Son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılır.Mərkəzi Bank yaranmış vəziyyətlə əlaqədar olaraq yayılan məlumatlara aydınlıq gətirib.

Qazeta.info Mərkəzi Bankın məlumatına əsasən bildirir ki, bununla əlaqədar Azərbaycan Respulikası Mərkəzi Bankı bildirir ki, həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunmuşdur və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər.

Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcəklər.

Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır.

Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar