Mənşəyi məlum olmayan ət zərərsizləşdirilib
22.09.2016 480 0.0 0

Hacıqabul rayonunda aşkarlanan mənşəyi məlum olmayan ət zərərsizləşdirilib.
 
Məlumata görə,  yararsız olan cəmdəklər Hacıqabul rayonunun məişət tullantıları üçün nəzərdə tutulan poliqonda dezinfeksiya edilərək basdırılıb.
 
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri çərçivəsində sentyabrın 20-də gecə saat 03 radələrində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri və Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə reyd zamanı rayonun Navahı kəndi ərazisində “Opel-Astra” markalı 99-EE 367 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb.
 
Avtomobilə baxış keçirilən Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyevə məxsus çəkisi 350 kq olan, antisanitar vəziyyətdə daşınan, üfunətli iy verən heyvan cəmdəkləri aşkar edilib.
 
Araşdırma zamanı ətin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Göyçay rayonu Müskürlü kənd sakini Elşən Aslan oğlu Fərzəliyev heyvan cəmdəklərinin ona məxsus olduğunu və satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirib.
 
Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
 
Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticəsinə əsasən iribuynuzlu heyvan cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.
 
Respublika Baytarlıq Laboratoriyasının 21 sentyabr 2016-cı il tarixli müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq iribuynuzlu heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar