Əməliyyatdan sonra ölən uşaq ilə bağlı cinayət işi başlanıb
04.04.2015 746 0.0 0
Bakıda 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb.

 

Qazeta.info bildirir ki, bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbər Eldar Sultanov bildirib. Onun sözlərinə görə, həmin faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.  

 

Qeyd edək ki, hadisə "Loğman" klinikasında baş verib. Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Murad Qurbanzadə rayon ərazisində yerləşən “Loğman” klinikasında burun-boğaz əməliyyatı olunub. Uşaq əməliyyatdan bir həftə sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar