Məktəblərdə yekun qiymətlərin attestatlara yazılma vaxtı açıqlanıb
21.10.2016 593 0.0 0

Təhsil müəssisələri tərəfindən buraxılış imtahanı nəticələrinin və Dövlət İmtahan Mərkəzi tərəfindən çıxarılmış yekun qiymətlərin dövlət nümunəli təhsil sənədinə yazılma vaxtı açıqlanıb.

 

Məlumata görə, 2016/2017-ci tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun qiymətləndirmə (attestasiya) ilə əlaqədar təsdiq edilən yeni təqvim planına əsasən, ümumtəhsil məktəblərində bu proses 10.07.2017-01.09.2017-ci il tarixlərini əhatə etməlidir. Peşə məktəblərində isə qiymətlərin təhsil sənədinə yazılması daha tez başlayır. 10.04.2017-ci il tarixdə başlayacaq proses 01.09.2017-ci tarixədək başa çatmalıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar