Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatın dəqiq vaxtı açıqlanıb
26.08.2019 502 0.0 0

Avqustun 26-dan saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. 

Qazeta.info Təhsil Nazirliyinin məlumatına əsasən bildirir ki məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.

Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək. 

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar