Əməkdar artist Telman Əliyev vəfat edib
04.07.2017 925 0.0 0

Əməkdar artist Telman Əliyev vəfat edib.

 

Qazeta.info bildirir ki, bu barədə APA-ya açıqlamasında Telman Əliyevin tələbəsi Eleanora Mehdiyeva məlumat verib.

 

Onun sözlərinə görə, T. Əliyev bu gün ürək çatışmazlığından dünyasını dəyişib.  

 

Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.

 

“Bir aktyorun teatrı” (Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarında, "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərində çəkilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar