Əmək pensiyalarının hesablara köçürülməsinə başlanılıb
15.02.2018 925 1.0 0

 “Əmək pensiyalarının hesablara köçürülməsinə başlanılıb”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, ilk mərhələdə Bakı, Sumqayıt və Abşeron sakinlərinin pensiyalarının ödənişinə başlanılıb: “Sonrakı mərhələdə maliyyələşdirmə, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə, ayın sonunadək pensiyaların ödənişi tam başa çatdırılacaq”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar