Məhkəmə ANS-in iddiasını təmin etmədi - Fotolar
10.08.2016 1127 0.0 0

Bu gün “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılacaq.

Qazeta.info "Qafqazinfo" -ya istinadla xəbər verir ki, iclasa Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrlik edir.

“ANS” Müstəqil Yayım və Media Şirkəti şikayəti “İnzibati aktın etibarsız hesab edilməsi” (yayımın müvəqqəti dayandırılması barədə 18 iyul 2016-cı il tarixli qərar) ilə bağlı verib.

***

Əməkdaşımızın verdiyi məlumata göröə, artıq ANS kollektivi Vahid Mustafayev və Mirşahin Ağayev başda olmaqla məhkəməyə gəliblər.

***

Məhkəmə prosesi başlayıb.

***

Məhkəmə ANS-in iddiasını təmin etməyib. Bildirilib ki, bu işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır.

***

Qeyd edək ki, Qənirə Ataşova da iclasda iştirak edib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar