Mədəniyyət və Turizm Nazirliyi Xalq artistini mükafatlamdırdı
04.06.2015 781 0.0 0

Teatr sənəti sahəsindəki xidmətlərinə görə və anadan olmasının 80 illiyi münasibətilə Xalq artisti, Prezident təqaüdçüsü, teatr rejissoru Ağakişi Kazımov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir ki, Xalq artistinin 80 illik yubiley gecəsi 2015-ci il oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcəkdir.
A.Kazımov 1935-ci il iyun ayının 28-də anadan olmuşdur. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram və kino aktyoru" fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrında baş rejissor göndərilmiş sənətçi 1964-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun "Rejissorluq" fakültəsinə daxil olmuşdur.
1969-1970-ci illərdə A.Kazımov əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Dram Teatrında, Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışmışdır.

 

Onun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirən "Müsibəti Fəxrəddin" (N.Vəzirov), "Toy" (S.Rəhman)-Sumqayıt Dövlət Dram Teatrında, "Təzə gəlin" (S.Dağlı), "Arşın mal alan" (Ü.Hacıbəyov), "Xoşbəxtliyə gedən yol" (İ.Dunayevski)-Dövlət Musiqili Komediya Teatrında, "Komsomol poeması" (İ.Coşqun), "Məlik Məmməd" (Ə.Abbasov), "Hacı Qənbər" (N.Vəzirov), "Kiçik təpə" (N.Xəzri), "Büllur sarayda" (İ.Əfəndiyev) və s. Gənc Tamaşaçılar Teatrında hazırlanan bu tamaşalar müxtəlif janrlıdırlar. Bu da rejissorun sənət duyumunun əsas göstəricisi kimi qiymətləndirilə bilər. A.Kazımov hal-hazırda Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində işləyir. O, bu teatrda bir çox quruluşlar üzərində işləmişdir.
Qazandığı sənət uğurlarına görə Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.

 

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar