Mədəniyyət Nazirliyi beynəlxalq tədbirə hazırlaşır
15.02.2015 819 0.0 0

Qazeta.info bildir ki, Fevralın 13-də Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəz Qarayevin sədirliyi ilə 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilat komitəsinin iclası keçirilmişdir. İclasda tədbirin proqramı, dəvət olunacaq qonaqların tərkibi və gündəlikdə nəzərdə tutulan məsələlər müzakirə mövzusu olmuşdur. 
Nazir Forumun, əvvəlki illərdə olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçiriləcəyini, bu il isə ilk dəfə olaraq tərəfdaş qurumların - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümümdünya Turizm Təşkilatı rəhbərlərinin imzası ilə dəvət məktublarının göndərildiyini qeyd etdi. Cari ilin 18-19 may tarixində keçiriləcək Forumda min nəfərə yaxın xarici rəsmi nümayəndələrin iştirak edəcəyi gözlənilir. 
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Forumun təşkilat komitəsinin katibi Vasif Eyvazzadə məruzə ilə çıxış edərək tədbirə hazırlıq işləri, proqramda nəzərdə tutulan məsələlər, gündəlikdə müzakirə olunacaq mövzular, beynəlxalq qurumların təklifləri barədə geniş məlumat verdi. İclas Təşkilat Komitəsi üzvlərinin mövzu ətrafında müzakirələri ilə davam etdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar