Lukaşenko Moskvanı ittiham etdi
21.09.2016 738 0.0 0

Belarus və Rusiya arasında ticarət-iqtisadi münasibətlər istənilən səviyyədə olmayıb. “BelTA”ya istinadən verilən xəbərə görə, bunu ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko deyib.  
 
Aleksandr Lukaşenko çıxışı zamanı Moskvanı Minskə təzyiq göstərməkdə günahlandırıb: “Biz bir neçə aydır qazın qiymətinə dair razılığa gələ bilmirik. Rusiya bu səbəbdən Belarusa neft tədarükünün həcmini azaldıb. Biz bu addımı Belarusa təzyiq kimi qəbul edirik, lakin nə mənim, nə də belarusların bu təzyiqlərə dözmək fikrimiz var”.
 
Belarus prezidentinin sözlərinə görə, Rusiya Belarusun bəzi mallarına, xüsusən də, Avropa İttifaqının aldığı qida məhsullarına qadağalar tətbiq edir. “Rusiyada isə onlar nədənsə “keyfiyyətsizdir”. Lakin, aydındır: Biz Rusiyaya münasib qiymətlərlə keyfiyyətli mallar tədarük etdikdə, Rusiyanın kənd təsərrüfatı sahəsindəki oliqarxlara ziyan vurmuş oluruq. Onlar hökumətə təzyiq göstərməyə başlayırlar, hökumət isə “Rosselxoznadzor” və digər qurumlardakı məmurlara “fas” əmri verir.  Onlar tədarük üçün üç şirkət müəyyən edirlər – sonra beşini bağlayırlar, beşinə icazə verirlər – altısına sonradan qadağa qoyurlar. Açıq-aydın təzyiq göstərilir” - deyə, Lukaşenko qeyd edib.
 
O, çıxışını belə bititib: “Artıq təngə gəlmişik, belə davam edə bilməz. Mənim dediklərim əsla o demək deyil ki, biz inteqrasiya layihələrini “dondurmaq” niyyətindəyik, sadəcə, biz həmin layihələrdə öz iştirakımızı optimallaşdıracağıq. Mən artıq hökumətə və Prezident Administrasiyasına müvafiq tapşırıqlar vermişəm. Biz hazırda Avrasiya İqtisadi Birlikdə (AİB) öz iştirakımızı diqqətlə təhlil edirik. Belə davam edəcəksə, biz niyə orada çoxlu sayda məmur saxlamalıyıq?  Orada - AİB hökuməti adlandırılan qurumda, səhv etmirəmsə, artıq minədək məmurumuz toplaşıb. Nəticəsi nədir? Peşəkar mütəxəssislərimizin Moskvada maliyyələşdirilməsinə nə lüzum var? Biz oraya ən yaxşı mütəxəssislərimizi göndərmişik. Biz onlar üçün burada da iş taparıq. Orada hansısa qərarlar veriləcək, biz isə onlarla razılaşacağıq, amma, əslində, onların demək olar ki, heç biri yoxdur. Nə barədə razılıq əldə olunubsa, hamısı pozulur”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar