Tarix: 09.12.2016,   Saat: 03:54, Cümə.          

Lukaşenko estafeti Bakıdan almağa hazırlaşır

İkinci Avropa Oyunları 2019-cu ildə Minskdə keçiriləcək.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Olimpiya Komitələri prezidentinin səlahiyyətlərini icra edən Yanez Koçiyançiçin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirilib.

 

“Biz super dövlət deyilik, lakin idmana böyük önəm veririk”, - deyə Lukaşenko bildirib.

 

Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib. 



  Bölmə: İdman | Baxış sayı: 271 | Tarix: 21.10.2016, 13:45


Xəbərlər