Lukaşenko Azərbaycanlı şairə medal verdi-Foyo
18.02.2015 843 0.0 0

Fevralın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlunun (Çingiz Əli oğlu Əliyev) "Fransisk Skorina" medalı ilə təltif olunması barədə fərman imzalayıb.
 

Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir ki , Çingiz Əlioğlu bu mükafata iki ölkə arasında mədəni və humanitar əlaqələrin inkişafına, Belarus mədəniyyətinin və ədəbiyyatının təbliğinə, informasiya və mətbuat sahəsində beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə sanballı töhfəsinə görə layiq görülüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar