Lotoreyada qalib gələn ATA — QATİL OLDU
27.11.2019 586 0.0 0

Elektrik ustası Devid Stokes lotereyada 40 min funt qazandıqdan sonra qatilə çevrilib.

Bildirək ki, bu qalibiyyətdən ailə çox xoşbəxt olub.   

43 yaşlı Devid lotereya qazandıqdan sonra həyat yoldaşı Salli ilə münasibətləri pisləşməyə başlayıb.

Bir neçə müddətdən sonra, həyat yoldaşı Devidin pulları fahişələrə və narkotik vasitələrə xərclədiyini öyrənir. Buna görə, o, əri ilə mübahisə edib.

 Salli ərinin davranışını müzakirə etmək üçün qohumları ilə görüşdüyü anda o, iki oğlunu qətlə yetirib.

Qadın evə qayıdanda əri onu  da öldürməyə cəhd edib. Lakin Salli küçəyə çıxıb kömək çağırmağa müvəffəq olub. Bundan sonra qatil ər yenidən arvadını evə sürükləyib.

Beş saat ərzində Stokes polisləri evə buraxmaqdan imtina edib. Qarşıdurmanın sonunda kişi sakitcə arvadını evin ikinci mərtəbəsinə apararaq və arxadan kürəyindən onu bıçaqlayıb.

Salli möcüzə nəticəsində qatil ərin əlindən qurtula bilib. Polislər evə girdikdə Devidin meyitini aşkarlayıblar. Daha sonra onlar beş yaşlı Metyunun və 11 yaşlı Adamın da cansız bədənlərini tapıblar.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar