Los-Ancelesdə yaşayan azərbaycanlı məşhur
17.11.2021 487 0.0 0

Ən çox verilən suallardan biri “Köçməyinizə peşman deyilsiniz?”dir. Xeyr, deyiləm. Nə vaxtsa yeni bir yerdə yaşasanız, bir müddət keçdikdən sonra o yerin, ya şəhərin sizi qəbul edib-etmədiyini hiss edə bilərsiniz. Los-Anceles məni qəbul edib.

Bildirəkr ki, bu sözləri Amerikada yaşayan müğənni Şeyla yazıb. O bildirib ki, Los-Ancelesdə yaşayış imkanları qeyri-məhdud olsa da, ən istedadlı, gözəl insanlarla əhatə olunub:

“Eyni zamanda bütün bu “səs-küy”ə, xüsusilə də daim başın üstündə fırlanan polis vertolyotlara qalib gəlmək də çətin olur. Mən Los-Ancelesdə yaşamağı çox sevirəm! Hər küncdə mövcud olan mədəniyyəti və müxtəlifliyi sevirəm. Gəzməli və görməli yerləri kəşf etməyi sevirəm. Hər gün burada yüzlərlə hadisə baş verir!

Həmçinin LA-da yaşamağın bir neçə nöqsanlarından nifrət edirəm. İstənilən yerə getmək üçün 45 dəqiqədən 2 saata qədər tıxacda oturub və ən azı 3 müxtəlif magistral sürməyimə (əslində boyük Los-Anceles mahalına 88 şəhər daxildir), cinayətə və evsizliyə, yüksək yaşayış dəyərinə nifrət edirəm”.

Qeyd edək ki, Şeyla vaxtilə “Sev” adlı mahnı ilə populyarlıq qazanmışdı./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar