Londonda Rembrandtın iki rəsm əsərini oğurlamağa cəhd olunub
16.11.2019 599 0.0 0

Londonun Dalich qalereyasından, Rembrandtın "Rembrandt's Light" sərgisindən iki rəsm əsərini oğurlamağa cəhd olunub.

Qazeta.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, həyəcan siqnalı işə düşdükdən dərhal sonra polis hadisə yerinə gəlibi. Təcavüzkarları yaxalamaq mümkün olmayıb, təqib zamanı onlardan biri polis məmurunun üzünə naməlum maddə töküb. Hollandiyalı sənətkarın rəsmləri sonradan qalereyanın müxtəlif yerlərində tapılıb.

İstintaq davam edir.

Sərgi və qalereya polisin hərtərəfli yoxlamaları üçün bir müddət bağlanacaq.

Təcavüzkarların hansı rəsm əsərlərini oğurlamağa çalışdıqları açıqlamayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar