Liviyada güclü partlayış: 65 nəfər ölüb
07.01.2016 521 0.0 0

Liviyada hərbi düşərgədə terror aktı baş verib. 

 "Al-Arabiya" telekanalına istinadla verilən məlumata görə, hadisə nəticəsində ən azı 65 nəfər həyatını itirib. 

Terror aktı ölkənin Zliten şəhərində törədilib. Telekanalın şahidlərə istinadla verdiyi məlumata görə, partlayıcı avtomobilin içərisinə yerləşdirilib. Ölənlərin əksəriyyəti dinc sakinlərdir. Yaralılar Misrata xəstəxanasına çatdırılıb.

 

 


Hadisə baş verən vaxt ərazidə 100-dən çox insan olub. Şahidlərin sözlərinə görə, ölənlərin sayı arta bilər. 

Ümumiyyətlə, 2011-ci ildə "Ərəb Baharı" baş verdikdən sonra Liviyada qeyri-sabitlik hökm sürür. Ümumi şəkildə başlayan etirazların gözlənilmədən silah gücü ilə yatırılması vətəndaş müharibəsinin başlanmasına səbəb oldu. Həmin vaxt müxalifət rəhbərləri ölkədə hakimiyyəti ələ keçirdilər. 




Zliten, Liviya


NATO-ya məxsus hərbi təyyarələr Müəmmər əl-Qəzzafiyə tabe olan birləşmələri hava zərbələri ilə bir neçə günə zərərsizləşdirdi. Liviyanın devrilmiş rəhbəri Müəmmər əl-Qəzzafi anadan olduğu Sirt şəhərində kütlə tərəfindən döyülərək öldürüldü. Həmin vaxtdan ölkədə vəziyyət gərgin olaraq qalır. Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Ölkənin ən zəngin neft yataqları İŞİD terror təşkilatının nəzarəti altındadır. 

 


Vətəndaş müharibəsinin baş verdiyi Liviya küçələri./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar