Litvada NATO-nun təlimləri başlayıb
20.11.2016 560 0.0 0

Litvada NATO-nun “Iron Sword” adlı təlimləri başlayıb.
 
TASS agentliyinə istinadən verilən xəbərə görə, təlimlərdə 4 min hərbçi iştirak edir.
 
Təlimlərə Böyük Britaniya, Almaniya, Latviya, Litva, Lüksemburq, Kanada, Polşa, Rumıniya, Sloveniya, ABŞ və Estoniya hərbçilərinin qatıldığı bildirilir.
 
Təlimdə hərbçilər arasında əlaqələndirmə, real döyüş şəraitində birgə fəaliyyətin  yoxlanılması və təkmilləşdirilməsi, hücum və müdafiə əməliyyatlarının təşkili, yaşayış məntəqələrində döyüş əməliyyatlarının aparılması, döyüş əməliyyatlarının müxtəlif mərhələlərində qarşıya qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət yetiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar