Əli Kərimlinin müavini saxlanıldı
08.12.2015 527 0.0 0

Bu gün AXCP-nin sədrinin müavini Fuad Qəhrəmanlı evində həbs edilərək, Respublika Prokurorluğunun Ağır Cinayətlər İdarəsinə aparılıb. Qazeta.info bildirir ki, Fuad Qəhrəmanlının həbs olunması haqda xəbəri AXCP sədri Əli Kərimli öz Feysbuk səhifəsində yayıb.

Onun bildirdiyinə görə, Fuad Qəhrəmanlının hansı cinayət işi üzrə prokurorluğa aparıldığı məlum deyil. "Telefonla yalnız onu deyə bildi ki, ona qarşı cinayət işi qaldırılıb. Nə baş verdiyini hələlik heç bir dövlət orqanından öyrənə bilmirik. " deyə Ə.Kərimli qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar