Leyla Əliyeva Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatda olub- FOTO
06.10.2016 790 0.0 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.

 

Fonddan verilən məlumata görə, Leyla Əliyeva burada yaşayan ahıllarla görüşüb, onlarla söhbət edib.

 

Pansionat sakinləri üçün musiqi proqramı təqdim olunub. Bildirilib ki, Leyla Əliyeva mütəmadi olaraq bu pansionata baş çəkir, ahılların arzu və ehtiyacları ilə maraqlanır.

 

Qeyd edək ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpus istifadəyə verilib./apa/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar