Leyla Əliyeva ad gününü belə keçirdi (FOTO)
04.07.2015 906 0.0 0

Ötən gün yubileyini qeyd edən Azərbaycan prezidentinin böyük qızı, Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyeva mərasimdən fotolar paylaşıb. Məlumata görə, dövlət başçısının qızı 
özəl gününü ailəsinin əhatəsində keçirib. 

Fotoları L.Əliyeva və onun kiçik bacısı Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanov İnstagram səhifəsində yerləşdiriblər. 

İctimai xadim olan Leyla Əliyeva onu təbrik edən hər kəsə təşəkkür edib: "Əziz dostlar! Təbriklərinizə görə təşəkkür edirəm! Sizin sözləriniz mənim üçün çox dəyərli və əzizdir!". 

Sadə mərasim ailənin yaxınlarının əhatəsində keçirilib. L.Əliyeva üçün üzərində robot olan xüsusi tort hazırlanıb. 

O, hələ ad günündən öncə bu özəl gününü ailəsi, valideynləri ilə keçirəcəyini demişdi. "Uşaqlıqda ad günümə çox qonaq gələndə, səs-küylü və şən olanda sevinirdim. 

Ad günündə ən yaxın və ən əziz olan insanların əhatəsində, şərtsiz, təmənnasız sevginin əhatəsində olmaq istəyir. Hamıya xoş əhval-ruhiyyə, möhkəm cansağlığı və bolluca xoşbəxtlik arzulayıram".

 

Leyla İlham qızı Əliyeva 3 iyul 1985-ci ildə Moskvada anadan olub. 2000-ci ildə otra məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) magistratura pilləsində təhsil alıb. 2009-cu il aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.
2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir./anspress/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar