Lerikdə broyler fabrikində partlayış olub- ölən və yaralananlar var
27.07.2017 790 0.0 0

Lerik rayonunda broyler fabrikində partlayış olub.

Bildirək ki,  broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları da məlum olub. 

 

APA-nın məlumatına görə, hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib. 
 

Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.

 

*** 12.15

 

Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.

 

Bunu APA-ya açıqlamasında Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev deyib.

 

O bildirib ki, yaralanan şəxslərin xəstəxanaya çatdırılması istiqamətində lazımi işlər görülür. 

 

M. Ağayevin sözlərinə görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar