Lavrovun İrəvana Qarabağ səfəri başladı
22.04.2016 562 0.0 0

Rusiyanın xarici işlər naziri  Sergey Lavrovun İrəvan səfəri başlayıb. Məlumata görə, Lavrov səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri  Edvard Nalbandyanla görüşəcək.

Rusiya rəsmisi İrəvana Nalbandyanın dəvəti ilə gəlib. Sergey Lavrov Sisernakaberd və qondarma soyqırım abidəsini ziyarət edəcək.

22 apreldə Ermənistan və Rusiya XİN rəhbərlərinin birgə mətbuat konfransı keçiriləcək.

Sergey Lavrov son dəfə  ötən ilin noyabrında İrəvanda səfərdə olub. O, səfər zamanı Serj Sarkisyan və  Edvard Nalbandyanla görüşüb. 

 


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri  Edvard Nalbandyan 

 

Həmin vaxt Sergey Lavrovun  Ermənistan hakimiyyəti qarşısında Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonun qaytarılması ilə bağlı məsələ qaldırdığı barədə xəbər yayılmışdı.


Hətta məlumatlarda Lavrovun İrəvan səfərində də bu məsələni müzakirə etdiyi bildirilirdi. Həmin sülh planının Lavrovun ideyası əsasında hazırlandığı barədə məlumatlar yayılmışdı. 

Hətta onun Ermənistana səfəri zamanı 7 rayonun qaytarılması ilə bağlı müzakirələr apardığı bildirilirdi.

Amma yayılan məlumatlara aydınlıq gətirən Rusiyanın Ermənistandakı səfirliyi bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan tərəfi ilə aparılan danışıqlar çərçivəsində hər hansı ərazinin güzəşt olunması ilə bağlı heç bir məsələ müzakirə olunmayıb.

Daha sonra Lavrov  özü də belə bir planın olmaması barədə açıqlama vermişdi. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd yoxdur”, - deyə o bildirmişdi.

Lavrovun İrəvana bu səfəri zamanı da onun münaqişə ilə bağlı xüsusi planının olduğu barədə məlumat yayılıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar