Lavrov və Məmmədyarov Rusiya-Türkiyə münasibətlərindən danışdı
12.07.2016 781 0.0 0

“Rusiya-Türkiyə münasibətlərinin normallaşması müzakirə etdiyimiz mövzulardan biri olub. Azərbaycan bunu alqışlayır”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O bildirib ki, xoş qonşuluq münasibətləri Azərbaycanın xarici siyasət prioritetinə aiddir: “Hər iki ölkə Azərbaycanın yaxın qonşusudur. Bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər”.


"Rusiya-Türkiyə münasibətləri Moskva ilə Bakının strateji münasibətlərinə təsir etmir. Lakin regionda gərginlik nə qədər az olarsa, Azərbaycan və Rusiya özünü daha yaxşı hiss edər". 
 
Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçiriən birgə mətbuat konfransında deyib. 
 
S. Lavrov qeyd edib ki, Ərdoğanın məktubundan və Çavuşoğlunun Soçi səfərindən sonra münasibətlərdə yaranan irəliləyiş ümumilikdə regiondakı münasibətlərə müsbət təsir edəcək, Suriya məsələsinin həllinə də töhfə verəcək. 
 
"Rusiya ilə Türkiyənin bu məsələdə mövqeyi üst-üstə düşmür. Lakin çalışacağıq ki daha səmimi danışaq, razılaşmalarımızda səmimi olaq, BMT Qətnamələrini icra edək", - deyə o bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar