Lavrov Rusiyanın yeganə təhlükəli hesab etdiyi ABŞ quruğusunun adını açıqlayıb
22.04.2015 647 0.0 0

"Rusiya üçün yeganə təhlükə ABŞ-ın qlobal raket hücumundan müdafiə sistemidir".

 

Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiolarına müsahibəsində bildirib.
 

S. Lavrov Çin tərəfindən Rusiya üçün heç bir təhlükə görmədiyini söyləyib: "Ümumiyyətlə Şərqdən heç bir təhlükə görmürəm. Bircə təhlükə mövcuddur, bu da ABŞ-ın hava hücumundan müdafiə sistemidir. Bu sistem ABŞ, Avropa və Şimal-Şərqi Asiya ərazisində yaradılır. Bu sistem Rusiya sərhədlərinin perimetrini möcüzəvi şəkildə əhatə edir".
 

Rusiya XİN başçısı Çin-Rusiya tərəfdaşlığının strateji xarakter daşıdığını da qeyd edib: "Bu tərəfdaşlıq beynəlxalq münasibətlərdə ən azından hansısa sabitliyə vacib töhfə verir". /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar