Latviya finlandiyalılara meydan oxuyub
17.06.2015 656 0.0 0
Voleybolçu Plavins: "Onları tanımırdıq, taktikamız yox idi, ancaq qazandıq"

Bu gün Bakı 2015 ilk Avropa Oyunlarında kişilər arasında çimərlik voleybolu üzrə yarışlar baş tutub. Qələbə uğrunda mübarizə aparan London 2012 Olimpiya Oyunlarının bürünc medal sahibi latviyalı Martins Plavins və onun yığma komanda yoldaşı Haralds Reqza açılış oyununda böyük məğlubiyyətin bir addımlığında olublar.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, bu oyunu axirinci dəfə keçən il oynadıqlarını deyən Plavins və Reqza, finlandiyalı rəqibləri olan Pekka Piippo və Jirki Nurminen ilə ilk dəfə mübarizə apardıqlarını bildiriblər:

Biz heç vaxt onlarla oynamamışdıq, onları heç vaxt görməmişik. Biz onlarla necə oynayacığımızı bilmirdik. Heç bir taktikamız yox idi.-Martins Plavins

Gərgin mübarizəyə baxmayaraq Latviya komandası çətin bir işin öhdəsindən gələ bilib. Belə ki, yığma komanda çimərlik voleybolu üzrə Olimpiya medalçısı olmuş finlandiyalı rəqibini məğlub etməyi bacarıb və 19-21, 22-20, 15-10 hesabları ilə görüşü öz xeyrinə başa vura bilib.  

30 yaşlı voleybolçu Plavins 2012-ci il Olimpiya Oyunlarındandakı qalibiyyəti ilə hələ də gündəmdədir. Onun uğurlarına həmyerlisi Yanis Smedins ilə birgə yarışaraq qazandığı medalı da əlavə etmək olar.

Növbəti görüşdə Plavins və onun komanda yoldaşı Reqza, belarus cütlük Alieksandr Kavalenka və Alieksandr Dzdiadkov ilə D qrupunda qarşılaşacaqlar.

Hədəfi  Rio 2016-ya vəsiqə əldə etmək olan voleybolçu Plavins, Bakı 2015-də iştirak etdikdən sonra Floridaya üz tutacaq və Sankt Peterburq Beynəlxalq Voleybol Federasiyasının Böyük Şlem turnirində çıxış edəcək. Burada onunla birgə həmyerlisi voleybolçu Hermans Eqleskalns da iştirak edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar